Elza Seyidcahan yalan danışmaqdan yorulmadı.
Son zamanlar bəzi müğənnilərin vaxtı ilə onun tələbəsi olduğunu iddia edən Elza Seyidcahan növbəti etiraz ilə üz-üzə gəlib.
AZXEBER.COM-un məlumatına görə, tanınmış müğənni Azəri qızı Günelin onun tələbəsi olduğunu iddia etsə də, qarşı tərəf buna etirazını bildirib. Belə ki, Azəri qızı Günel mətbuata açıqlamasında bildirib ki: “Heç kim mənim müəllimim olmayıb. Yalandan deməsinlər ki, Günelə dərs demişəm. Əgər Günelə dərs demisənsə, onda necə belə qəşəng oxuyuram? Buradan gedən kimi arxamca danışmağa başlayırlar. Mənim reklam qazanacaq halım yoxdur. Lazım olduğu qədər tanınıram”.
Qeyd edək ki, bu, Elza Seyidcahanın növbəti yalanının üzə çıxmasıdır. Belə ki,əməkdar artist Elza Seyidcahan “Eurovision-2013” təmsilçimiz Fərid Məmmədov haqqında da eyni sözləri demişdi. O hətta mətbuata “Aybəniz Haşımovaya Fəridi dəstəsinə götürməyi mən məsləhət gördüm” deyə açıqlama vermişdi. Lakin buna da əks tərəfdən narazılıqlar gəlmişdi.
Hər zaman qeyri-adi görünüşü ilə gündəmə gəlməyə çalışan Elza Seyidcahan, görünür, gündəmdə qalmaq üçün növbəti üsula əl atıb.
Maraqlıdır, Elza xanım nə üçün tanınmış, gündəmdə olan müğənnilərin onun tələbəsi olduğunu iddia edir?
Baş verən hadisə ilə bağlı AZXEBER.COM portalı olaraq E.Seyidcahanın münasibətini öyrəndik.
Xanım müğənni jurnalistlərin işinə müdaxilə etməyi də unutmayıb. O, "mənə gic-gic suallar verməyin" deyərək, mövzu ilə bağlı danışmaqdan yayınıb.
Görünür Elza Seyidcahan heyvanlara konsert verməkdən mətbut nümayəndələri ilə davranış qaydalarını unudub.
Fatimə İbrahimova