Elza Seyidcahan: Mən ona söz vermişəm ki...
Azərbaycanın əməkdar artisti Elza Seyidcahana efirdə şer oxumağı qadağan ediblər.
Sputnik-in məlumatına görə, bu barədə Elza Seyidcahan özü Xəzər TV-də efirə gedən "Hər şey daxil" verilişində məlumat verib.
"Bilirsiz ki, mən şer yazıram və məndən xahiş edəndə onu televerilişlərin efirində də oxuyuram. Amma oğlum mənə efirdə şey oxumağı qadağan edib. Mən ona söz vermişəm ki, bir də bunu etməyəcəm. Mənim şerlərim çap formasında çıxacaq. Bütün pərəstişkarlarım o şerləri oxuya biləcək. Özü də buna tələbat var."
Elza Seyidcahanın şerləri daha çox sosail şəbəkələrdə reytinq toplayır və populyarlıq qazanır. Onun "Mat qalmışam" və "Bığ" şerləri sosial şəbəkələrdə böyük rezonans doğurub.