Əməkdar artist Elza Seyidcahan uzun müddətdir küsülü olduğu stilist Anar Ağakişiyevə barışıq addımı atıb.
Tədbirlərdən birinə qatılan məşhurlar salamlaşmayıb. Amma səhnəyə çıxan E.Seyidcahan Anarı salamlayıb və onun ünvanına təriflər yağdırıb:
"Dünyaşöhrətli stilistimiz Anar da buradadır və onu salamlayıram”.
Anar isə Seyidcahanın bu addımına təəccüblənib və heç bir cavab verməyib. Sənətçiyə daha sonra Anarla yan-yana gəlib birlikdə fotolarının çəkilməsi təklif olunub. Elza tələsdiyini, deyərək məkanı tərk edib.
Qeyd edək ki, Ağakişiyev Seyidcahanı zövqsüz adlandırmışdı. Onlar arasında mübahisə də bundan sonra başlamışdı.