Əməkdar artist Elza Seyidcahan bəstəkar Nailə Mirməmmədlini və xalq artisti Nisə Qasımovanı tənqid edib.
AZXEBER.COM Axşam.az-a istinadən məlumatına görə, "10-dan sonra” verilişinə qonaq olan müğənni bildirib ki, onlarla ünsiyyəti "Azərbaycanın səsi” yarışmasından sonra kəsib
E.Seyidcahan ad çəkmədən iki tanınmışın ünvanına bunları deyib:
"Azərbaycanın səsi” yarışmasında əyləşən münsiflər var idi ki, onlara əvvəl hörmət edirdim. Amma o layihədə onları itirdim. Hər insanla ünsiyyət qura bilmirəm, arada sərhəd qoyuram. Bəziləri adamı birinci dəfə görəndə sən deyirlər, axı bu səmimiyyəti zamanla qazanmalısan.
Namiq Qaraçuxurlu ilə yarışmada doğmalaşdıq, onu kəşf etdim. Eləcə də Nadir Qafarzadə və Elton Hüseynəliyevi orada tapdım. Amma digərlərini tanıdım. Əvvəl də bilirdim ki, elədilər, sadəcə yola verirdim. Sonra gördüm ki, onlar düzələn deyil”.
Qeyd edək ki, E.Seyidcahan "Azərbaycanın səsi" yarışmasında N.Mirməmmədli ilə qalmaqal yaşamışdı.