“Embawood” dəhşətli qəzanın videosundan reklam hazırladı - Etirazla qarşılandı

“Embawood” dəhşətli qəzanın videosundan reklam hazırladı - Etirazla qarşılandı
SOSİAL
02:47 11.04.2025
1799
"Embawood” şirkəti dünən Bakının mərkəzində baş verən dəhşətli qəzanın görüntüsündən öz reklamı üçün istifadə edib.

AZXEBER.COM xəbər verir ki, şirkət Bakının Heydər Əliyev prospektində baş verən dəhşətli qəzadan foto paylaşıb və bu sözləri yazıb: 

"Belə sürətlə, həm də təhlükəsiz – sifarişiniz ən qısa zamanda qapınızda!”.

Maraqlıdır ki, "Embawood” şirkəti qəzaya düşən "BYD” markalı taksiyə öz loqosunu yerləşdirib.

Bu azmış kimi həmin foto "Embawood”un "facebook” səhifəsində sponsorlu reklama da çıxarılıb. 

Həmin posta gələn şərhlərdə isə mütləq əksəriyyət şirkəti kəskin tənqid edib.

Bu paylaşıma məşhurlar da biganə qalmayıb.

Xalq artisti Faiq Ağayev postun
şərhinə yazıb: "Embawood, çox ayıb”.

Tanınmış jurnalist Əzizə İsmayılova yazıb:

"Bu boyda şirkətsiniz, özünüzə yaraşdırdığınıza baxın. Bir insan faciəsi üzərindən özünüzü necə reklam edə bilərsiniz?

Heçmi sayğınız yoxdur şirkətinizin adına, rəhbərinə, imicinə? 

Bunu düşünən, hazırlayan və paylaşılmasına OK verən əməkdaşlarınız bir gün sizə eyni faciəni daha qorxunc şəkildə yaşadacaqlar.

Bu cür zehniyyətlə eyni havanı udmaq qorxuncdur, o ki qala kimsə sizdən məhsul alıb məmnun qala”.

Rəhim Qarayev isə yazıb: "Mebellərin keyfiyyəti də yumorunuz kimidi?”

Qeyd edək ki, mövzu ilə bağlı sosial mediada xeyli status yazılıb və çoxluq şirkətin marketinq menecerini kəskin şəkildə tənqid edib.
 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video
20:46 27.06.2026
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video
Bu ölkədə vəba epidemiyası elan edilib
20:42 27.06.2026
Bu ölkədə vəba epidemiyası elan edilib
Fərman Həsənov UFC-də qələbə qazanıb
20:35 27.06.2026
Fərman Həsənov UFC-də qələbə qazanıb
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
20:26 27.06.2026
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
20:14 27.06.2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
19:49 27.06.2026
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
19:46 27.06.2026
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
19:32 27.06.2026
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
19:22 27.06.2026
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
19:16 27.06.2026
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
19:14 27.06.2026
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
19:09 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
19:04 27.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
18:57 27.06.2026
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
18:53 27.06.2026
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
18:50 27.06.2026
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video