Şamaxı şəhər 3 saylı uşaq bağçasının aşpazı etdiyi hərəkətdən peşman olduğunu bildirib.
AZXEBER.COM xəbər verir ki, aşpaz Sevinc Balakişiyeva BAKU TV-yə açıqlamasında baş verənlərə görə üzrxahlıq edib:
"İstəməzdim ki, bu hadisə olsun. Uşağın valideynlərindən, bütün xalqdan üzr istəyirəm. Nə olubsa, bilməyərəkdən olub. Tort kəsilən vaxt uşaqlar çox idi. Bu zaman bilməyərkdən əlim uşağın saçına dəydi".