Əmək Müfəttişliyi : "2025-ci ildə 842 min manatdan çox gecikdirilmiş əməkhaqqı qaytarmışıq"

Əmək Müfəttişliyi : "2025-ci ildə 842 min manatdan çox gecikdirilmiş əməkhaqqı qaytarmışıq"
İQTİSADİYYAT
12:09 22.01.2026
151
"2025-ci il Dövlət Əmək Müfəttişliyi Xidməti üçün institusional inkişaf və əmək münasibətlərinin rəqəmsallaşdırılması baxımından mühüm mərhələ olub”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev "Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda keçirilən mətbuat konfransı zamanı deyib.

O bildirib ki, il ərzində vətəndaşlardan daxil olmuş 21 897 müraciət araşdırılıb, dövlət və özəl sektordan daxil olan 21 675 sorğu cavablandırılıb. Aparılan araşdırmalar nəticəsində 6 897 halda əmək qanunvericiliyinin pozulması aşkar edilib. Görülmüş tədbirlər nəticəsində vətəndaşlara 842 min manatdan çox gecikdirilmiş əməkhaqqı və digər ödənişlərin verilməsi təmin olunub, 89 işçi əvvəlki iş yerlərinə bərpa edilib.
 
Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR