"Əmək qabiliyyətli əlillərin işlə təmin olunması vacib məsələdir"

"Əmək qabiliyyətli əlillərin işlə təmin olunması vacib məsələdir"
SOSİAL
10:41 05.05.2018
5168

Millət vəkili Qənirə Paşayeva "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə layihə haqqında, reklamlarla bağlı qanunvericilikdə edilən dəyişikliklərin müzakirəsi zamanı da çıxış edib.

AZXEBER.COM xəbər verir ki, millət vəkili çıxışı zamanı müxtəlif təklif və iradlarını səsləndirib. O bildirib ki, sosial reklamların televiziyalarda qanunvericilikdə öz əksini tapdığı şəkildə yayımlanması vacibdir:

"Səhiyyə, təhsil, yol-nəqliyyat təhlükəsizliyi, ailə mövzularında sosial reklamların və roliklərin əhalinin diqqətini həmin məsələyə yönəltməkdə, maaarifləndirmədə xüsusi bir yeri var. Amma biz onları nadir görürük . Sosial reklamların tez-tez yayımlanması məsələsi çox vacibdir. Əhalinin maarifləndirilməsində sosial reklamların böyük əhəmiyyəti var. Televiziyalar sosial reklamları tez-tez yayımlayarsa, bu, əhali arasında çox ciddi məsələlərlə bağlı təbliğat-təşviqat işlərinin, maarifləndirmənin daha geniş yayılmasına ciddi təkan verə bilər”.

Millət vəkili qeyd edib ki, əhalinin tibbi maarifləndirilməsinin, ailə dəyərlərinin, təhsilin ciddi şəkildə təbliği bu günümüz və gələcəyimiz üçün ən önəmli məsələlərdən biridir və onlarla bağlı sosial reklamların sayı artmalıdır və tez-tez yayımlanmalıdır:
"Bəzi xarici və yerli ölkə həkimlərin, bəzi tibb müəsisələrinin doğru olmayan reklamı zamanı əhali aldadılır”.

Millət vəkili dərmanlarla bağlı reklam məsələsinə də ciddi diqqət verilməli olduğunu deyib və bu sahədə olan bugünkü vəziyyətin düzəlməsi üçün təkliflərlə çıxış edib.

OXŞAR XƏBƏRLƏR