Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyət verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyət verildi
SOSİAL
15:47 15.02.2022
1073
Prezident İlham Əliyev "Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında" fərman imzalayıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, fərmanla 2022-ci il noyabrın 1-dən himayədar ailə sahəsində dövlət siyasətinin, tənzimləmənin və dövlət nəzarətinin, o cümlədən himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotunun elektron qaydada aparılması, valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə yerləşdirilməsi, habelə həmin müəssisələri tərk etməsi ilə bağlı qərarların qəbul edilməsi, sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə uşaqların müəssisələrdən ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi, eləcə də onların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsi və müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planlarının hazırlanması sahəsində səlahiyyətlərin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

Sənədlə Nazirlər Kabinetinə himayədar ailə institutunun inkişaf etdirilməsi və təşviqi ilə, habelə bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş digər məsələlərlə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflərini yeddi ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, 2022-ci il noyabrın 1-dək Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin təkmilləşdirilməsini təmin etmək tapşırılıb.

Aidiyyəti dövlət orqanları (qurumları) bu Fərmandan irəli gələn məsələlərin həllinə zəruri kömək göstərməlidirlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Şamaxı” isveçrəli futbolçunu transfer etdi
23:58 07.07.2025
“Şamaxı” isveçrəli futbolçunu transfer etdi
Aİ Rusiyaya qarşı son üç ilin ən sərt sanksiyalarını tətbiq etmək niyyətindədir
23:46 07.07.2025
Aİ Rusiyaya qarşı son üç ilin ən sərt sanksiyalarını tətbiq etmək niyyətindədir
XİN-in müşavirəsində çoxtərəfli diplomatiya müzakirə olunub
23:29 07.07.2025
XİN-in müşavirəsində çoxtərəfli diplomatiya müzakirə olunub
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
23:06 07.07.2025
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı
22:51 07.07.2025
Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı
Rusiyanın bütün hava limanları uçuşları bərpa etdi
22:46 07.07.2025
Rusiyanın bütün hava limanları uçuşları bərpa etdi
Abşeronda partlayışda xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə təxliyə ediliblər
22:39 07.07.2025
Abşeronda partlayışda xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə təxliyə ediliblər
Neftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLAR
22:26 07.07.2025
Neftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLAR
ABŞ Koreya və Yaponiyadan idxala 25% rüsum tətbiq edəcək
22:17 07.07.2025
ABŞ Koreya və Yaponiyadan idxala 25% rüsum tətbiq edəcək
Abşeronda yaşayış binasında partlayış olub, xəsarət alanlar var
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış olub, xəsarət alanlar var
Rusiya Baş qərargah rəisinin keçmiş müavininə hökm oxunub
21:43 07.07.2025
Rusiya Baş qərargah rəisinin keçmiş müavininə hökm oxunub
Ruslan Əhmədoğlunun nəşi Bakıya gətirildi - FOTO
21:42 07.07.2025
Ruslan Əhmədoğlunun nəşi Bakıya gətirildi - FOTO
Putin ordu ilə bağlı mühüm qanunu imzaladı
21:31 07.07.2025
Putin ordu ilə bağlı mühüm qanunu imzaladı
Şəmkirdə istixana yandı - FOTO
21:24 07.07.2025
Şəmkirdə istixana yandı - FOTO
Ermənistan ordusunun ərazilərimizi işğal etməsi zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
21:11 07.07.2025
Ermənistan ordusunun ərazilərimizi işğal etməsi zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
Türkiyə və Rusiya XİN başçıları ikitərəfli məsələləri müzakirə ediblər
21:09 07.07.2025
Türkiyə və Rusiya XİN başçıları ikitərəfli məsələləri müzakirə ediblər