Əməkdar artist Aktauda səhnəyə çıxdı - VİDEO

Əməkdar artist Aktauda səhnəyə çıxdı - VİDEO
MƏDƏNİYYƏT
00:43 29.11.2025
425
Aktauda "Türk Dünyasının Mədəniyyət Paytaxtı – 2025” layihəsinin təntənəli bağlanış tədbirində Azərbaycanın Əməkdar artisti Gülüstan Əliyeva xüsusi proqramla çıxış edib.

AZXEBER.COM xəbər verir ki, sənətçi tədbirə böyük məsuliyyətlə hazırlaşaraq günlər boyu intensiv məşqlər aparıb. O, həmçinin Dövlət Filarmoniyasının rəqs qrupunun bədii rəhbəri Ceyhun Qubadovun rəhbərliyi ilə hazırlanan rəqs ansamblı ilə birlikdə türkcülüyə həsr olunmuş "Əsr türkün əsridir” adlı kompozisiyanı səhnələşdirib. 

Gülüstan Əliyevanın ifası mərasim iştirakçıları tərəfindən böyük alqışla qarşılanıb.

Tədbirin sonunda Əməkdar artist Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən mədəniyyət mükafatı ilə təltif edilib.
 
Aysel

 

 

 

 

 




OXŞAR XƏBƏRLƏR