02:54 çərşənbə Axşamı, 17 Sentyabr 2019
Maqazin

Əməkdar artist Aybəniz Haşımovanın doğum günüdür

21:33, 22.08.20194721
Əməkdar artist Aybəniz Haşımovanın doğum günüdür
Bu gün əməkdar artist Aybəniz Haşımovanın doğum günüdür.

AZXEBER.COM xəbər verir ki, Aybəniz Haşımova 1968-ci il avqustun 22-də Gəncə şəhərində anadan olub. Yaradıcılığa erkən yaşlarından başlayan sənətçi "Bülbüllər” qrupunun yaradıcısıdır. 

Sənətkar maraqlı həyat yolu keçib.

Aybəniz Haşımovanın rəhbərliyi ilə "Sənət Akademiyası” fəaliyyət göstərir.

Aybəniz Haşımovaya 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adı verilib.

Aybəniz Haşımova vətənpərvərliyi ilə seçilən sənətkarlardandır.

Qeyd edək ki, onun həyat yoldaşı Xalid Quliyev Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub (ölümündən sonra).  

Onun qızı Aynişan Quliyeva da peşəkar səhnədə uğur qazanıb.

Aybəniz xanım hesab edir ki, əsl doğum günü qızı Aynişanın ömrünə gəldiyi gündür: "Sən mənim qəlbimin hər nöqtəsində vuran ürəyimsən. Sən nə qədər xoşbəxt olursansa, mənim ömrüm o qədərdir. Mənim təmənnasız sevgim, dünyam, varlığım, oğlum, qızım, aldığım nəfəsim, sabahım. Dünyada ən böyük səadət ana olmaqmış. Onu mənə sən bağışladın. Ürəyimi istəsən məndən, deyərəm, yar, apar, halalın olsun. Anamın bizə bəxş etdiyi doğum günümüz mübarək olsun".

Aynişan da anasını belə təbrik edib: "Arxaya dönüb baxdığımda görürəm ki, çox çətinliklərdən keçmişəm. Amma başı uca keçmişəm. Niyə? Çünki mənim belə anam var".

AZXEBER.COM portalı olaraq gözəl sənətkarımız Aybəniz Haşımovanı ürəkdən təbrik edir, yaradıcılıq uğurları arzulayırıq.
XƏBƏR LENTİ