Əməkdar artist Azalı "yıxdı - sürüdü"

Əməkdar artist Azalı "yıxdı - sürüdü"
SOSİAL
11:25 23.03.2016
10824
Əməkdar artist Lalə Məmmədova şəxsi facebook səhifəsində Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərova açıq məktub yazıb.
Lalə Məmmədova AZAL prezidentinə ünvanladığı məktubda qurumda yaşanan problemlərlə yanaşı, şok faktlar açıqlayıb.
Aqrument.Az Əməkdar artistin məktubunu "Azərbaycan şirifti"nə çevirərək olduğu kimi təqdim edir:
"Azərbaycan Hava Yoları Qapalı Səhmdar Cəmiyyətinin sədri Əsgərov Cahangir Cəlal oğluna açıq məktub.
Hörmətli Cahangir müəllim!
Son 25 ildə Azərbaycan sürətlə inşikaf edir, sosial-iqtisadi siyasətin nəticəsində Yeni Azərbaycan modeli yaranıb. Günü-gündən gözəlləşən, çiçəklənən Azərbaycana turistlərin gəlməsi üçün var qüvvəmizlə çalışırıq. Və Azərbaycanın beynəlxalq imicinin, müstəqilliyinin keşiyində duran Ali Baş Komandan Cənab İlham Əliyevin siyasətini dəstəkləyirik. Niyə? Çünki O hər zaman bizimlədir, xalqının yanındadır. Hələ bir müddət bundan öncə televiziyada ölkə başçımız Nazirlər Kabinetinin iclasında AZAL-ın qiymətlərinin süni şəkildə qaldırılmasına irad tutanda, qiymətlərin endirilməsi ilə bağlı yeni variantlar təklif olunmasını tələb edəndə bütün vətəndaşlar kimi mən də sevinmişdim.
Ancaq ölkə başçımız bilsəydi ki, qiymətlərin endirilməsi biz sadə vətəndaşlara nəyin bahasına başa gələcək, bəlkə də, əvvəlki qiymətlərin yerində qalmasına razı olardı. Bu gün Bakının yeni tikilmiş hava limanının ayaqyolusunda gördüklərimdən dəhşətə gəldim. Nəinki əl-üz yuyandan sonra silməyə salfet, hətta (üzr istəyirəm) unitazın yanında silməyə belə kağız salfet yox idi. Evvəl elə düşündüm ki, bəlkə, girdiyim kabinədə salfet bitib, sonra bir-bir bütün kabinələri gəzib gözümlə gördüklərimə inanmadım. Heç yerdə salfet gözümə dəymədi. Xadimə xanımı açğırıb səbəbini soruşanda, xanım: "Artıq 2 aydır ki, bu vəziyyətdəyik, dollar bahalaşıb, rəhbərlik izafi xərcləri azldıb. Salfet, əl-üz sabunu, bunlara ekonomiya edilir" - cavabını verdi. Bir müddət yerimdə qalıb eşitdiklərimi analiz etməyə çalışdım... Sarsılmışdım, həm də necə...
Mənim ölkəm Şərqin qapısı sayılır, mənim ölkəm Qədim İpək yolunun keçdiyi məkan sayılır, mənim ölkəm əsrlərdir torpağına qədəm basan, müasir dillə desək, "Turist"lərin təbiətinə, qonaqpərvərliyinə heyran qaldığı AZƏRBAYCAN adlanır, hörmətli Cahangir müəllim!
Hava limanı isə torpağımıza qədəm basan hər bir insanın ölkəm haqqında ilk təəssüratıdır. Çox xahiş edirəm, bu təəssüratı qiyməti o qədər də baha olmayan kağız salfet və əl-üz sabunu ilə öldürməyin, "Mədəniyyət Şərdən gəlir" kəlamını şübhə altına almayın!
Bəlkə də, bu məktubumdan sonra inciyəcəksiniz, mahnılarımı dinləməyəcəksiniz (ya da kim bilir, bəlkə heç vaxt dinləməmisiniz), ancaq demokratik ölkənin azad vətəndaşı kimi hüquqlarımdan istifadə etmək mənim də haqqımdır, Cahangir müəllim!
Mən öz ölkəmi sevirəm, həm də çox sevirəm. Bu sözlərim ifadə etməyə gücü çatmadığı sevgidir. Hər dəfə təyyarə doğma Xəzərin üstündən ucanda mənim ürəyim uçunur, gözlərim yaşarır. Vətənimdən ayrı yaşaya bilməyəcəyimə əmin oluram. İnanmaq istəyirəm ki, siz də Vətənimizi məndən az istəmirsiniz və bu məktubumdan sonra bu məsələyə etinasız qalmayacaqsınız.
Hörmətlə, Lalə Məmmədova,
Azərbaycan Respublikasının Əməkdar artisti. 23.03. 2016"
Müraciətin faceboodakı "ScreenShot"unu da təqdim edirik:
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
15:14 04.06.2026
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif