Əməkdar artist borc içində batır

Əməkdar artist borc içində batır
ŞOU-BİZNES
15:46 14.11.2013
1669
Əməkdar artist Firuzə İbadova ona borclu şəxslərlə bağlı hüquq - mühafizə orqanına müraciət etməyə hazırlaşır. Mərdəkanda 5 sot torpaq sahəsini 30 min dollara satsa da, pulunu ala bilmir:“Hazırda borcun içində batıram. Torpaq sahəmi satdım ki, özümə gün ağlayım. Amma nə oldu? İşimin üstünə iş gəldi, bir az da insanlara inamımdan. Çünki alqı - satqını edən zaman, pulun çox cüzi hissəsini aldım. Evi iki şərik alırdı, biri öldü, biri isə sağ olsa da, pulumu ala bilmirəm. Bir tək gümanım hüquq-mühafizə orqanıdır, yəqin mənə kömək olarlar".(axsam.az)
OXŞAR XƏBƏRLƏR