Əməkdar artist Elçin Həmidovun vəfatından üç il ötür

MƏDƏNİYYƏT
12:45 04.03.2014
1325
Bu gün tanınmış aktyor, əməkdar artist Elçin Həmidovun vəfatından üç il ötür.
AZXEBER.COM xəbər verir ki, aktyor ürək xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, Elçin Həmidov 1958-ci il iyunun 29-da anadan olub. 1981-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsini bitirib. 1983-cü ildən Musiqili Komediya Teatrında (indiki Musiqili Teatr-red) artist vokalçı kimi fəaliyyət göstərib.
Məlahətli səsə və məharətli aktyorluq bacarığına malik olan Elçin, klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaratmağa nail olub.
O, “Olmadı elə, oldu belə”də Gülüstan, “Boşanaq, evlənərik”də İkram, “Qarğa məndə qoz var”da Zərzibonskaya, “Qızıl gül”də Azay, “Beş manatlıq gəlin”də Nadir, “Özümüz bilərik”də Miriş, “Subaylarınızdan görəsiniz”də Mayıl, “Hərənin öz ulduzu”nda Nəzir, “Nəğməli Könül”də Mustafa, “Səhnədə məhəbbət”də ofisiant, “O olmasın, bu olsun”da Rza bəy, “Talelər qovuşanda”da Potuş və başqa surətləri məharətlə oynadığına görə tamaşaçıların rəğbətini qazanıb.
Aktyor həmçinin “Bakılı Oğlanlar” Şən və Hazırcavablar Klubunda çıxış edib. “Məhəllə” və “Məhəllə-2” komediya filmlərində çəkilib.

OXŞAR XƏBƏRLƏR