Əməkdar artist Elxan Qasımovla vida mərasimi keçirilir - FOTO

Əməkdar artist Elxan Qasımovla vida mərasimi keçirilir - FOTO
SOSİAL
11:25 30.05.2023
113
Ötən gün Əməkdar artist Elxan Qasımov dünyasını dəyişib.

AZXEBER.COM xəbər verir ki, hazırda tanınmış kinorejissorla "Azərbaycanfilm" kinostudiyasında vida mərasimi keçirilir.

Mərasimdə mərhumun ailə üzvləri, yaxınları və tanınmış sənət dostları iştirak edirlər.

Xatırladaq ki, "Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib.

Elxan Qasımov kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə "Azərbaycanın Əməkdar artisti" adına layiq görülüb.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR