"Ağlı olan bu zamanda konsert verməz".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Fərqanə Qasımova Mtv Azərbaycanda "10da görüşək" proqramında qonaq olduğu zaman deyib.
Əməkdar artist konsert verməyin böyük məsuliyyət olduğunu xatırladaraq, hər zaman səhnəyə həyacanla çıxdığını bildirib:
"Nə zaman konsertlərimə qulaq assam, eyni həyacanı yaşayıram. Konsert vermək böyük məsuliyyət, həyəcan tələb edir. Nə konsertdən bir ay öncə, nə də bir ay sonra adam özünə gələ bilmir. Çox məsuliyyət tələb edir. Ağlı olan konsert verməz".
Aysel