Əməkdar artist makiyaj edən xanımları tənqid etdi

Əməkdar artist makiyaj edən xanımları tənqid etdi
MAQAZİN
13:49 01.04.2022
909
Əməkdar artist Kəmalə Müzəffər gündəlik həyatında makiyaj edənləri qınayıb.

AZXEBER.COM xəbər verir ki, o, bununla bağlı şəxsi "Instagram” hesabında paylaşım edib.

Aktrisa özü çox az makiyaj etdiyini vurğulayıb:

"Gündəlik həyatda çox makiyajı sevmirəm. Qadınlara da tövsiyə etmirəm. Həmişə fikirləşirəm ki, insan günün günorta çağı niyə üz-gözünü rəngbərəng boyasın? Axı təbiilik ən böyük gözəllikdir.

Amma müəyyən və əlamətdar günlərdə makiyaj qaçılmazdır. Əsas da klassik tamaşalarda”.
OXŞAR XƏBƏRLƏR