Xəbər verdiyimiz kimi, birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Ağdama səfərləri zamanı Əməkdar artist Mətanət İsgəndərlinin "Taleyim mənim” mahnısını dinlədikləri anın görüntüsünü paylaşıb.
Əməkdar artist Mətanət İsgəndərli videonu izləyərkən keçirdiyi hissləri AZXEBER.COM-la bölüşüb.
O, bu hadisədən böyük qürur hissi keçirdiyini dilə gətirib:
"Xəbəri mənə mətbuat katibim Zəminə xanım verdi. Ondan sonra videonu özüm də izlədim. Hisslərimi sözlə ifadə edə bilməyəcək qədər həyəcanlanmışdım. Konsertimdə insanların mənə göstərdiyi sevgi və diqqətdən sonra belə bir xəbərin gəlməyi də unudulmaz an olaraq yaddaşımda qaldı. Əlimdən gələn qədər gündəmi hər zaman mahnılarımla əldə saxlamağa çalışmışam. Ölkə başçımız və Birinci Xanımımız mənim ifamı dinləyirsə, bir sənətçi üçün bundan daha gözəl nə ola bilər? İlk anda elə sosial media hesabımdan təəssüratlarımı bölüşmüşdüm".
Aysel Hacızadə