Əməkdar artist Elza Seyidcahan müqəddəs Ramazan ayının savab əməllərindən sayılan iftar süfrəsi açıb.
AZXEBER.COM xəbər verir ki, məclis Zirə Cmə məscidində baş tutub.
İftar süfrəsinə ehtiyacı olan insanlarla yanaşı şəhid anaları da dəvət olunub.
Əməkdar artist paylaşımında qeyd edib:
"Zirə Cümə Məscidində kənd camaatı ilə iftar süfrəmizdə çox gözəl anlar yaşadıq. Allaha, verdiyi ruzuya, bərəkətə, can sağlıgına,sülhə, əminamanlığa görə həmd olsun deyirik. Başda Zirə kəndindən vətənimiz uğrunda şəhid olan balalarımızın anaları olmaqla dəvət olunan bacı- qardaşlarımız sağolsunlar ki, dəvətimizi qəbul edib gəldilər. Heç vaxt unudulmayacaq qəhrəman igidlərimizin sayəsində biz bu gün belə xoşbəxt günlərimizi yaşayırıq".
Aysel