Əməkdar artist Aybəniz Haşımova tələbələri ilə birlikdə Xankəndiyə yollanıb.
AZXEBER.COM xəbər verir ki, sənətçi şəhər meydanında pianoda ifa edərək tələbələri ilə birlikdə mahnılar səsləndirib.
Görüntüləri sosial media hesabında paylaşan əməkdar artist, Xankəndiyə heyranlığını dilə gətirib:
"Xankəndi, sən nə gözəlsən! Bu günə və qovuşdurana şükür! Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, əsgərlərimizi qorusun. Dövlətimizin gücü daim var olsun!".
Aysel