Əməkdar artist Yadigar Muradovun son vəziyyəti açıqlanıb

Əməkdar artist Yadigar Muradovun son vəziyyəti açıqlanıb
SOSİAL
13:47 11.10.2025
244
"Atamın vəziyyətini ötən günlərlə müqayisədə nisbətən qənaətbəxş hesab etmək olar. Düzdür, yaxşıdır demək olmaz, amma hər halda gözünü açır, çağıranda reaksiyası var, əllərini az da olsa tərpədə bilir".

AZXEBERŞCOM xəbər verir ki, bunu  Oxu.Az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.
 
O qeyd edib ki, atası xəstəxanaya boğazındakı şişlərlə əlaqədar yaranan boğulma ilə çatdırılmışdı.

"Əslində, vəziyyətinin belə olmasını gözləmirdik. Yəqin, verilən dərmanların təsirindəndir. Həm də şişlərə görə nəfəs ala bilmirdi deyə boğazında, qırtlağın aşağı hissəsindən nəfəslik yer açılıb, narkoz verilib, ola bilsin, onun da təsiri var.

Ümumi vəziyyəti ilə bağlı hələ ki həkimlər də dəqiq nəsə bir söz deyə bilmirlər, çünki hər insanın orqanizminin aparılan müalicəyə reaksiyası fərqlidir.

Bir də deyirəm, əslində bu, belə olmalı deyildi. Çünki atam özü maşına əyləşib gedib, yolda halı pisləşib, zəng vurub, qardaşımı çağırıb. Qardaşım çatana kimi isə yolda dayanan insanlar ona kömək edib, təcili yardım çağırıb xəstəxanaya çatdırıblar. Yəni o boğulma ilə indiki vəziyyətdə olmasını gözləmirdik. Hazırda bir növ koma vəziyyətində sayılır. Səbəb kimi isə dediyim kimi, dərmanların təsirini düşünürük, çünki atamın hərəkətsiz qalmasına başqa əsas yoxdur. Beyni təmizdir - insult olmayıb, iflic olmayıb. Əllərində müəyyən hərəkətlər olsa da, ayaqlarında hələ ki yoxdur, bir də boynunu yavaş-yavaş tərpədir. Özünə gələndən sonra isə mütləq qaydada əməliyyat olunmalıdır və boğazındakı şişlər təmiz götürülməli, qırtlağı təmizlənməlidir", - deyə Y.Muradov bildirib.

Xatırladaq ki, onkoloji xəstəlikdən əziyyət çəkən Əməkdar artist oktyabrın 4-də Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR