"Danışanda deyirlər ki, bizi xalq istəyir. Mən də bu xalqın nümayəndəsiyəm amma, o mahnılara qulaq asa bilmirəm".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Ehtiram Hüseynov deyib.
"İncə səhər" verilişində qonaq olan sənətçi, yeni çıxan müənnilər və onların ifa etdiyi mahnılardan gileylənib:
"Danışanda deyirlər ki, bizi xalq istəyir. Mən də bu xalqın nümayəndəsiyəm amma, o mahnılara qulaq asa bilmirəm. Mənim uşaqlıqdan gördüyüm sənətkarlar belə mahnılara bayağı baxıblar. Burda söhbət daha çox ritmdən gedir. Balaca uşaq mahnılarıdır sanki. Yeni çıxan mahnılar ümumiyyətlə qulaq asılası deyil. Kaş onları heç eşitməyəydim".
Aysel








































