Nigar Şabanova: “Bayağı müğənnilərə görə sənətkarlar efirdən küsür”

Nigar Şabanova: “Bayağı müğənnilərə görə sənətkarlar efirdən küsür”
13:02 05.06.2025
269
"Dəyərli olan şeyləri hər kəs ala bilmir. Əgər o zövqlü insandırsa, hər şeyin orijinal olanını tapıb, alacaq. Bu hər zaman belədir".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova deyib.
 
"Tarixin bir günü" verilişində qonaq olan Nigar sənətkarların niyə efirlərdən küsdüyünü açıqlayıb:
 
"Yaxşı malın alıcısı da az olar. Dəyərli olan şeyləri hər kəs ala bilmir. Əgər o zövqlü insandırsa, hər şeyin orijinal olanını tapıb, alacaq. Bu hər zaman belədir. Asand olan nə varsa onu tez əldə edib, ucuz olanlara qaçırıq. Təəssüf ki, bunun incəsənətimizə çox böyük təsiri var. Bu gün sosial şəbəkələrdə öz cılız kütləsini toplayan bayağı müğənniləri efirlərə çağırmasalar, ən azından onlarda sambal qalar. Tamaşaçı da görər ki, hər kəs efirə çıxa bilmir. Amma sosial şəbəkələrdə öz yüngül hərəkətləri ilə, yüngül tamaşaçı qazanan müğənniləri efirə çıxartdıqca, sənətkarlar efirlərdən küsürlər. Meydanda bu gün sənətkarlar televiziyalar ilə tək savaşırlar".
 
Aysel
OXŞAR XƏBƏRLƏR