Əməkdar artist Elnarə Abdullayeva şəxsi həyatı ilə gündəmə gəlib.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, "Günün sədası” proqramına qonaq olan sənətçi həyat yoldaşı Elxanla və uşaqları ilə olan münasibətlərindən danışıb. Abdullayeva əri ilə yaxın dost olduğunu bildirib:
"Hər bir ailədə olduğu kimi bizim də ailəmizdə çətinliklər olub. Mənim həyat yoldaşım rahat insandır. Düzdür, əlbəttə onun da çatışmayan cəhətləri var. O həmişə mənə deyir ki "Məni bütün hər şeydən çəkindirib bu düz yola gətirdiyin üçün sənə təşəkkür edirəm".