Əməkdar artist Gövhər Rzayeva müğənnilik edən qızı Ülkər Məmmədovaya qadağa qoyub.
Qarmon ifaçısı əvvəlcə qızının oxumasına icazə versə də, sonradan fikrindən daşınıb. Bu haqda "5/5" verilişində danışan Rzayeva bildirib ki, övladını sənətdən uzaqlaşdırıb:
"İstəmədim... Orada akulalar var ki, onu yeyərlər. Lazım deyil. Bu sənət çox ağırdır".
Qeyd edək ki, G.Rzayevanın 4 övladı var. Ülkər onun kiçik qızıdır.
///Axşam.az