Əməkdar artistdən yeni atmaca: "Yerini dar elədim"

Əməkdar artistdən yeni atmaca: "Yerini dar elədim"
MAQAZİN
10:06 29.07.2025
211
Xəbər verdiyimiz kimi, Əməkdar artist Fərqanə Qasımova və müğənni Nigar Camal arasında qalmaqal yaşanıb.

AZXEBER.COM xəbər verir ki, Qasımova Nigarın cavabından sonra növbəti dəfə susqunluğunu pozub.
 
O, Baba Pünhanın misralarını paylaşaraq ad çəkmədən yenidən Nigara söz atıb:
 
Pünhan, mən əməl dəftərini şeirə çevirdim,
Yani onu təkrar elədim, mən nə dedim ki?!
Haqqımla yerin dar elədim,
Mən nə dedim ki?!
 
Xatırladaq ki, F.Qasımova Nigarın bodidəki geyiminə "Kəsmə yollarla önə getmək əlbəttə çok rahatdır - türk qardaşlarımız demişkən" şərhini yazmışdı.
 
Nigar isə ona  "Kəsmə yol başqasının kölgəsində ucalmaqdır. Mənim bu günədək sənətdə heç bir dəstəkçim olmayıb. Azərbaycanın adını ucalara qaldırmaqla tanınmışam. Bunu da Azərbaycan dövləti hər zaman dəyərləndirib. Bir qadının geyimi onun şəxsiyyətini və dəyərini müəyyən etmir. Səhnədə, qırmızı xalçada və həyatda özümü ifadə etməkdən çəkinmirəm" cavabını vermişdi.
 
Aysel
 

 


 

 

OXŞAR XƏBƏRLƏR