ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan əməkdar artist Vidadi Həsənov maraqlı sürprizlə qarşılaşıb.
AZXEBER.COM-un məlumatına görə, nəvəsinin studiyaya gətirilməsi aktyoru olduqca təəccübləndirib:
"Bu, nəvəm Dənizdir. Sizin bunu edəcəyinizi təxmin etmirdim. Mən hələ belə çaşmamışdım. Nəvəmin 1 yaşı təzə olub, hər şeylə maraqlanır. Sizə səmimi deyirəm, əgər bilsəydim ki, bu verilişdə belə bir şeylə qarşılaşacam, buraya gəlməzdim. Evimi işə gətirməyi, işimi də evə aparmağı xoşlamıram. Özümü itirdim, bütün imicim pozuldu".