Əməkdar artistin əməliyyatdan sonra bədəni çürüyür?

Əməkdar artistin əməliyyatdan sonra bədəni çürüyür?
13:10 29.12.2025
697
Plastik cərrah, Səhiyyə Nazirliyinin eksperti Vüqar Ələkbərovla bağlı Baş Prokurorluqda yenidən araşdırma aparılır. 

AZXEBER.COM-un məlumatına görə, Aztimes.az saytının bununla bağlı yaydığı iddiada bildirilir ki, bu ilin aprel ayında plastik cərrah kimi tanınan Vüqar Ələkbərov Bakı şəhərində fəaliyyət göstərən "Universal Hospital”da tanınmış xanım müğənnilərdən birinin üzərində sinə kiçiltmə əməliyyatı aparıb. Mənbənin bildirdiyinə görə, araşdırma yekunlaşana qədər adının açıqlanmasını istəməyən müğənninin əməliyyatdan sonra vəziyyəti gözlənilən kimi olmayıb. Belə ki, əməliyyatdan sonra qadının sinə nahiyəsində nikrozlaşma (çürümə) müşahidə olunub, qısa müddət ərzində sinənin forması dəyişib və estetik baxımdan ciddi deformasiya yaranıb.

İddialara əsasən, yaranan problemin aradan qaldırılması üçün müğənni dəfələrlə həkimə müraciət edib. Vüqar Ələkbərovun sinəni bərpa edəcəyinə dair vəd verdiyi, lakin bu vədin yerinə yetirilmədiyi bildirilir. Tərəflər arasında konflikt yaranıb və nəticədə xanım müğənni məsələ ilə bağlı Baş Prokurorluğa rəsmi şikayət ünvanlayıb. Hazırda daxil olan məlumata görə, Vüqar Ələkbərov barəsində hüquqi araşdırma aparılır və faktlar müvafiq qurumlar tərəfindən yoxlanılır.

"Qafqazinfo” ittihamlarla bağlı Vüqar Ələkbərovla əlaqə saxlayıb. Həkim saytımıza açıqlamasında barəsində deyilənlərin şər-böhtan olduğunu, yayılan çürüyən bədən görüntülərinin müğənniyə aid olmadığını, internetdən əldə edildiyini deyib.

Eyni zamanda bədənində çürümə getdiyi deyilən ifaçının da kimliyi haqda məlumat əldə etdik. Araşdırmalar davam etdiyindən onun adını açıqlamırıq. 58 yaşlı Əməkdar artist "Qafqazinfo”ya bildirib ki, V.Ələkbərov daha əvvəl də başqa şəxsləri, eləcə də çoxsaylı tanınmışları uğursuz əməliyyat edib. O, məsələ ilə bağlı hələlik adının hallanmasını istəmədiyini təkrarlayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
16:21 07.03.2026
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
15:56 07.03.2026
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu