Əməkdar artistin səhhətində problemlər yarandı

MƏDƏNİYYƏT
12:51 01.05.2014
2215

Əməkdar artist Xanım Qafarovanın səhhətində problem yaranmağa başlayıb

Bunu aznews.az-a açıqlamasında əməkdar artist, Musiqili Teatrın aktiyoru Xanım Qafarova bildirib.
O, deyib ki, hazırda halı qənaətbəxş deyil: “Halsızlığımın səbəbi qanımın aşağı düşməsi ilə bağlıdır. Qəfildən qanım aşağı endi. Onu bərpa etmək lazımdır. Hazırda həkimlər bunun üçün çalışırlar”. X. Qafarova onu da əlavə etdi ki, səhhətində yaranmış problemlə əlaqədar hələ də teatra gedə bilmir.
Qeyd edək ki, Xanım Qafarova onkoloyi xəstəlikdən əziyyət çəkir. O, bununla bağlı 3 dəfə Bakıda əməliyyat olunub və Türkiyədə müalicə kursu alır.

OXŞAR XƏBƏRLƏR