Əməkdar artistin toyu oldu- FOTOLAR

MAQAZİN
11:44 30.10.2013
10543

Əməkdar artist Naina İbrahimova ailə həyatı qurub.

AZXEBER.COM-un Axsam.az-a istinadən xəbər verir ki, avqustda rəsmi nikaha girən cütlük ötən gün özlərinə təmtəraqlı toy edib.

Tədbirin aparıcısı İlahə Nizamiqızı, təşkilatçısı isə klipmeyker Zöhrab Ağayev olub.

Əvvəlcədən toyda bu günə qədər görünməyən yeniliklərə imza atacağını deyən Z.Ağayev gecə boyu qonaqların əylənməsində böyük rol oynayıb.

Tədbirdə aktrisanın dostları və şou-biznes əhli də onu tək qoymayıb. Müğənni Məryəm Şabanova mahnı ifa edərkən cütlük sevgi dolu rəqs edib və bu zaman maraqlı görüntülər ortaya çıxıb.

Gecəyə məşhurlardan xalq artistləri İlhamə Quliyeva, Flora Kərimova, əməkdar artist Sevda Ələkbərzadə, müğənnilər Elnur Məmmədov, Xatun, aktyor Bəhram Bağırzadə və başqaları qatılıb.

OXŞAR XƏBƏRLƏR