Əməkdar rəssam Rəis Rəsulzadə sentyabrın 21-də beyindaxili qansızma diaqnozu ilə TƏBİB-in tabeliyində olan Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
AZXEBER.COM xəbər verir ki, KTM-dən report-a rəssamın lazımı müayinələrdən keçirildiyi və müalicələrin aparıldığı bildirilib.
Hazırda R.Rəsulzadənin vəziyyəti stabildir, ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.










































