Əməkdar artist səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Əməkdar artist səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
MAQAZİN
14:38 13.05.2025
347
Əməkdar artist Vasif Məhərrəmli sosial şəbəkələrdə halının pisləşməsi ilə bağlı yayılan görüntülərdən danışıb.
 
AZXEBER.COM xəbər verir ki, sənətçi o görüntülərin 10 il öncəyə aid olduğunu bildirib.
 
Hazırda xarici ölkədə istirahətdə olduğunu deyən əməkdar artist məsələ ilə bağlı bunları danışıb:
 
"Bu hadisə 10 il öncə verilişdə baş verib. O zaman Zaur Kamal başqa kanalda işləyirdi. Görüntülərdən də bunu görmək olur. Orada mənim təzyiqim qalxmışdı, halım pisləşmişdi. İndi yayılan videoya görə dostlarım mənə zəng edir, halımı soruşurlar. Görürsüz ki, mən yaxşıyam, hazırda idmanımı edirəm".
 
Aysel
OXŞAR XƏBƏRLƏR