Əməliyyat olunan Co Baydenin səhhəti ilə bağlı AÇIQLAMA

Əməliyyat olunan Co Baydenin səhhəti ilə bağlı AÇIQLAMA
DÜNYA
11:41 13.06.2023
165
Xəbər verdiyimiz kimi, ötən gün ABŞ Prezidenti Co Bayden diş ağrısı səbəbiylə əməliyyat olunub.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Ağ Ev ABŞ prezidenti Co Baydenin səhhəti ilə bağlı açıqlama verib.

Ağ Evin sözçüsü Karine Jean-Pierre gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Jan-Pier Baydenin özünü yaxşı hiss etdiyini və bu gün öz iqamətgahında işləyəcəyini bildirib.

Baydenin NATO-nun baş katibi Yens Stoltenberqlə planlaşdırılan görüşü və digər proqramların da təxirə salındığı açıqlanıb.
 
Baydenin ilk dişinin müalicə olunduğunu qeyd edən O'Konnor, heç bir fəsadının olmadığı barədə məlumat paylaşıb.

Baydenin dişindəki narahatlığın bu səhər gözlənildiyi kimi artdığını ifadə edən O'Connor, Ağ Evdə kanal müalicəsinin bu gün tamamlanacağını açıqlayıb.

Baydeni əvəz edən vitse-prezident Harris bu gün yerli vaxtla saat 11:30-da Universitet İdmançıları Günü münasibətilə Amerika Universitet İdmanları Federasiyasının (NCAA) çempionlarını qəbul edəcək proqrama qatılıb.

Qeyd edək ki, Baydenin bu gün saat 15:15-də Ağ Evdə NATO-nun baş katibi Stoltenberqi qəbul edəcəyi gözlənilirdi.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR