Meksikada musiqi müəllimi beyin əməliyyatı keçirərkən 4 saat gitara çalıb.
AZXEBER.COM xarici kiv-ə istinadən xəbər verir ki, Meksikanın Nayarit əyalətində yerləşən Tepic şəhərində beyin şişindən əməliyyat olunan 55 yaşlı musiqi müəllimi əməliyyat zamanı 4 saat gitara çalıb.
Cərrah əməliyyat zamanı xəstənin şüurlu olması lazım olduğunu bildirdikdə müəllimin əməliyyat zamanı nitq və eşitmə kimi funksiyalarının anında izlənilə bilməsi üçün gitara çalmağa üstünlük verdiyi bildirilib.
Əməliyyatı həyata keçirən cərrah xəstəsinin əməliyyat zamanı heç bir ağrı hiss etmədiyini bildirərək, bu üsul sayəsində 2 həftə kimi qısa müddətdə gündəlik fəaliyyətini müstəqil şəkildə həyata keçirə bildiyini bildirib.
Qeyd edək ki, həkim əməliyyatın rahat keçdiyi və bu üsulun Nayarit vilayətinin tarixində ilk dəfə tətbiq edildiyi açıqlayıb.
Həmin görüntünü təqdim edirik:
Mikayıl