Həkim əməliyyatı düzgün etmədi: Xəstəni girov saxladı

Həkim əməliyyatı düzgün etmədi: Xəstəni girov saxladı
DÜNYA
12:48 01.08.2022
450
Qarın gərmə əməliyyatında uğursuzluğa düçar olan cərrah xəstəsini iki ay girov götürüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Braziliyada özəl xəstəxananın ortağı olan plastik cərrah qarın gərmə əməliyyatı keçirən xəstəsini səhhəti pisləşdikdən sonra girov götürüb. 

Məlumata görə, Rio de Jenairo şəhərində plastik cərrah Bolivar Guerrero Silva xəstəsini iki ay ərzində xəstəxanada girov saxlayıb. Silvanın qarın gərmə əməliyyatı uğursuzluqla nəticələndikdən sonra belə bir hərəkətə keçdiyi bildirilib.

Vəkil Ornelio Mota Roça hələ də müalicə olunan gənc qadını başqa xəstəxanaya köçürmək üçün qanuni addım atdığını, lakin nəticə vermədiyini söyləyib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR