"Əməliyyatları genişləndirə bilərik” - Lavrov Ukraynanı hədələdi

"Əməliyyatları genişləndirə bilərik” - Lavrov Ukraynanı hədələdi
DÜNYA
21:09 20.07.2022
357
"İndi əməliyyatların coğrafiyası başqadır. Bu, yalnızca DXR və LXR (qondarma Donetsk və Luqansk respublikaları – red.) deyil, bu həm də Xerson, Zaporojye vilayətləri və digər ərazilərdir, bu proses davam edir – özü də ardıcıl və davamlı şəkildə gedir”.

AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

XİN başçısı xəbərdarlıq edib ki, əgər Qərb ölkələri Kiyevi uzaqmənzilli silahlarla, xüsusən də ABŞ-ın HIMARS reaktiv yaylım atəşi sistemləri ilə təmin edərsə, o zaman hərbi əməliyyatların coğrafi məqsədləri daha da genişlənəcək.
 
Qeyd edək ki, iyunun 24-də HIMARS-ın Rusiyanın Ukraynaya təcavüzünə qarşı müqavimətdə istifadəsinə dair video yayılmağa başlayıb. Videoda görünür ki, gecə saatlarında Rusiya qoşunlarının mövqelərinə 6 raket atılıb.
OXŞAR XƏBƏRLƏR