Azərbaycan çempionu "Qarabağ" mövsümün ikinci transferini gerçəkləşdirib.
AzxeberSport xəbər verir ki, klub Millimizin qapıçısı Emil Balayevi transfer edib. Ağdam təmsilçisi "İnstragram" sosial şəbəkəsində Emil ilə razılaşdığını açıqlayıb.
Müqavilənin şərtləri açıqlanmayıb.
Qeyd edək ki, Emil Balayevin son klubu "Zirə" olub.