Emin Ağalarov: “Onlar mənim sonuncu övladlarım olmayacaqlar”

Emin Ağalarov: “Onlar mənim sonuncu övladlarım olmayacaqlar”
SOSİAL
16:10 14.06.2016
12683
“Forbes” jurnalının Rusiya versiyasının baş redaktoru Nikolay Uskov Azərbaycan mənşəli biznesmenlər Araz Ağalarov və onun oğlu Emin Ağalarovdan müsahibə götürüb.Həmin müsahibədən diqqətçəkən kiçik fraqmenti təqdim edirik.Emin öz ailəsi haqdaEmin Ağalarov:- Bizimlə bağlı hər şey aydındı amma qarşıda nə etmək olar? Birlikdə toplanan təcrübə əsasında gələcək qurmaq. İndi mənim 7 yaşında olan 2 oğlum var. Övladlarım Bakıda yaşayırlar, lakin bəzən Londonda vaxt keçirirlər. İkinci sinfə gedirlər... Onlarla çox yaxınam. Mənə elə gəlir ki, onlar üçün ailə biznesi ilə məşğul olmaq nə vaxtsa maraqlı gələ bilər. Lakin bunu vaxt göstərəcək, baxarıq. Və ola bilsin ki, onlar mənim sonuncu övladlarım olmayacaqlar. Ümid edirəm ki, 3 uşaqla (övladlığa götürülən Əminəni də nəzərdə tutur-red.) kifayətlənməyəcəm.Burda Şərq tərbiyə elementləri də var. Baxın, indi mən boşanmaqdayam, amma kapitalın bölünməsi ilə bağlı nə mən, nə də qarşı tərəf söhbət aparmır. Hər şey çox sakit, müsbət məcrada gedir və uşaqlar hər iki tərəfdən onları sevən valideynlərini, nənə və babalarını görürlər.Uşaqlığımda atam həmişə yanımda idi, onu hər gün görürdüm. Amma məsafə baxımından uşaqlarım məni hər gün görə bilmirlər. Düzü, hər həftə, 10 gündən bir övladlarımla vaxt keçirməyə zaman ayırıram. Məsələn, futbol oynayırıq. Sovet vaxtı atamla edə bilmədiklərimi onlarla etməyə çalışıram, çünki o zamanlar öz futbol meydançan, yaxud tennis kortun yox idi. Uşaqlarıma atamın mənə verdiyindən daha çox tərbiyə verməyə çalışıram. Çünki onların bu yaşda məni narazı salan çox məqamları var. Bilmirəm, bəlkə də atamın məsləhətinə qulaq asıb onlara heç bir irad tutmayan mövqedə durum. Sadəcə, onlar iki nəfərdir... Onlar dalaşır, hər şeyi dağıdırlar. Oyun zamanı bir-birini öldürə də bilərlər: məsələn, biri əlinə dəmir parçası götürür və digərinin arxasınca düşərək “mən indi səni öldürəcəm” deyə qışqırır.Araz Ağalarov:- İndi mən Bakıda olmuram. Bakıda heç bir biznesim yoxdur. Moskvada işimiz o qədər çoxdur ki, Bakıya vaxtımız qalmır.Emin Ağalarov:- Mənim isə Bakıda “Sea Breeze” adlı kiçik layihəm var – satış üçün bir neçə ev inşa etmişəm, köhnə sovet pansionatını restavrasiya etmişəm, “building” apartemantları və restoran tikmişəm.Uşaqların ərköyünlüyü haqdaAraz Ağalarov:- İmkansızlıqdan əziyyət çəkən valideynlər övladlarının bunu hiss etməsini istəmədiyi kimi, imkanlı valideynlər də övladlarına onların imkanlı olduqlarını hiss etdirməməyə çalışır. Emin deyə bilməz ki, atası bədxərc olub və pulunu necə gəldi xərcləyib. Amma təbii ki, belə imkanlarımız olub...Emin Ağalarov:- Sən də mənim haqda belə bir şey deyə bilməzsən...Araz Ağalarov:- Mən də oğlum haqda bunu deyə bilmərəm. O, uşaqlığında bir yaşdan sonra ümumiyyətlə, puldan imtina etdi. Ona zorla da pul verə bilmirdim. Emin ilk maşınını öz puluna 17 yaşında almışdı.Modern.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Buraxılış imtahanı qabağı şəxsiyyət vəsiqəsini dəyişən abituriyentlərə XƏBƏRDARLIQ - VİDEO
23:58 02.03.2026
Buraxılış imtahanı qabağı şəxsiyyət vəsiqəsini dəyişən abituriyentlərə XƏBƏRDARLIQ - VİDEO
Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
23:50 02.03.2026
Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
Hörmüz boğazında tanker yanır
23:40 02.03.2026
Hörmüz boğazında tanker yanır
Bakıda yaradılacaq hibrid yaşıl dəhlizlər nədir? - VİDEO
23:26 02.03.2026
Bakıda yaradılacaq hibrid yaşıl dəhlizlər nədir? - VİDEO
İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
23:21 02.03.2026
İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
23:13 02.03.2026
Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
22:57 02.03.2026
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
Yayılan xəbərlərdən sonra İranla bağlı çıxış etdi
22:46 02.03.2026
Yayılan xəbərlərdən sonra İranla bağlı çıxış etdi
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq" - VİDEO
22:35 02.03.2026
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq" - VİDEO
Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi
22:28 02.03.2026
Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib
22:15 02.03.2026
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib
ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib
22:07 02.03.2026
ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
21:54 02.03.2026
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq? - VİDEO
21:43 02.03.2026
Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq? - VİDEO
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib
21:34 02.03.2026
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib
Ərdoğan Mark Rutte ilə regiondakı gərginliyi müzakirə etdi
21:32 02.03.2026
Ərdoğan Mark Rutte ilə regiondakı gərginliyi müzakirə etdi