Rusiyada yaşayan azərbaycanlı bəstəkar-müğənni EMİN öz rəsmi saytında yeni video-çarxını təqdim edib.AZXEBER.COM-un məlumatına görə, müğənni "В сентябре" (Sentyabrda) adlanan kompozisiyanı ilk dəfə 11 dekabrda "Crocus City Hall" konsert salonunda verdiyi konsertdə tamaşaçılar üçün ifa edib. Mahnının müəllifi ifaçının özüdür.