Emin Əmrullayev: Növbəti tədris ilində kağız jurnal ləğv olunacaq

SOSİAL
15:36 06.02.2025
116
Növbəti tədris ilində kağız jurnal ləğv olunacaq.

Bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, "rəqəmsal məktəb" platformasında şagird, valideyin, müəllim və direktor kabineti olmaqla dörd xüsusiyyət mövcud olacaq:

"Rəqəmsal məktəb" platforması sayəsində valideynlər övladlarının dərs prosesini onlayn şəkildə izləyə biləcək. Ümumiyyətlə, təhsil sisteminin rəqəmsallaşması sürətlə davam edir. Növbəti tədris ilində məktəblərdə jurnallar onlayn platformada olacaq".

OXŞAR XƏBƏRLƏR