Emin Əmrullayev serbiyalı həmkarı ilə görüşüb

Emin Əmrullayev serbiyalı həmkarı ilə görüşüb
SİYASƏT
23:12 18.05.2026
591
Elm və təhsil naziri Emin Əmrullayev Londonda serbiyalı həmkarı Dejan Vuk Stankoviçlə görüşüb.

AZXEBER.COM xəbər verir ki, E. Əmrullayev "X" sosial şəbəkə hesabında bu barədə məlumat yayıb.

"Dünya Təhsil Forumu çərçivəsində Serbiya Respublikasının təhsil naziri Dejan Vuk Stankoviç ilə görüşdük", - o qeyd edib.

Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.
OXŞAR XƏBƏRLƏR