Emin Əmrullayev tədris ilinin sentyabrın 1-dən başlamasını təklif etdi

Emin Əmrullayev tədris ilinin sentyabrın 1-dən başlamasını təklif etdi
SOSİAL
17:30 16.05.2023
526
"Etiraf edək ki, uşaqlar indi daha az məktəbə gedirlər. Misal olaraq, mən 10 il hər şənbə günü məktəbə getməklə, indiki uşaqlardan iki il artıq tədris almışam”.

AZXEBER.COM-un məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi  brifinqdə bildirib.

Onun sözlərinə görə, tədris ili nə qədər uzun olarsa, uşaqların gələcəyi üçün daha yaxşı olar:

"İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır. Bizdə isə üç aylıq tətil müddəti var. Təhsil işçisi olaraq bildirim ki, tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı tədris olar”.
O əlavə edib ki, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olar:

"Bu, sadəcə istəkdir. Tədris ili qısalsa, bizim təhsildən gözləntilərimiz azalır”.
OXŞAR XƏBƏRLƏR