Emin Mahmudovun qolu ən yaxşı ola bilər

İDMAN
19:28 27.11.2023
271
AÇ-2024-ün seçmə mərhələsinin ən yaxşı qolu adına namizədlər müəyyənləşib.

AZXEBER.COM xəbər verir ki, UEFA qrup oyunlarında vurulan qollar arasında 10-u fərqləndirib.

Maraqlıdır ki, Azərbaycan millisinin kapitanı Emin Mahmudov da seçmə mərhələnin ən yaxşı qolunun müəllifi olmağa iddialıdır. Millimizin İsveçi Bakıda 3:0 hesabı ilə məğlub etdiyi görüşdə yarımmüdafiəçinin meydanın mərkəzindən vurduğu top fərqlənənlər siyahısındadır.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə nəticəsində bəlli olacaq.

OXŞAR XƏBƏRLƏR