Emin Milli və axınla üzənlər

Emin Milli və axınla üzənlər
01:20 10.03.2013
2564

Rauf Mərdiyev
“İrəli” İctimai Birliyinin sədriÖtən ilin sonlarında IGF zamanı qərbdən olan bir jurnalistlə görüşüb qeyri-rəsmi müzakirələr apardığım zaman söhbət müxalifətin sosial şəbəkələrdəki fəaliyyəti üzərinə gəlmişdi.

O zaman həmsöhbətim öz rollarından söhbət açmış və demişdi ki, biz brend yaradırıq. “Bu bir növ şarı şişirməyə bənzəyir. Şişdikcə daha çox görünəcək”.

Mən də zarafatla əlavə etmişdim ki, o şar nə vaxtsa partlayacaq.

Hal-hazırda məsələlər barədə məlumatlı olan adam üçün həmin ssenari üzrə işlərin necə getdiyini görmək olduqca asandır. Cəmiyyətdə baş verənlərin müxalifətçilər tərəfindən sosial-mediaya necə çıxarılacağını, nəyin qabardılacağını əvvəldən təxmin etmək olur.

Bu əsnada Emin Milli ən gözəl misal ola bilər. Kimin üçün kim/nə olmasından asılı olmayaraq, mənim üçün Emin Milli kimlərinsə (bizdən olmayanların) bir layihəsidir.

Bu yazıya səbəb isə Emin Millinin son səsləndirdiyi fikirlərdir. Hansına ki, səssiz qalmaq mümkün deyil. Statusla bağlı qısaca öz fikirlərimi bölüşmək istərdim.

Emin yazır:

Aprel ayından başlayaraq birləşmiş demokratik hərəkatın öz televiziyası efirdə hər gün axşamlar bir saat satelitdən efirə gedəcək. Bir evimi satdım və işə başlayıram!

Kim nə deyir desin, amma mən bu fikrin səmimiyilinə inanmıram. Hətta Emin o evin satılması barədə bank əməliyyatlarının kağızalarını, invoice sürətini öz səhifəsində post etsə belə, mən bu fikirin doğruluğuna inanmayacağam.

Emin və onun kimilərin kim tərəfindən dəstəkləndikləri, istiqamətləndirildikləri məlumdur. Onlar dəstəkləyən tərəf heç zaman imkan verməz ki, onların puppet-lərinin cibindən pul çıxsın. İndiyə kimi belə olub.

Məsələn, Jamal Alinin son klipi Eurovision çəkilişləri üçün Azərbaycana gəlmiş alman çəkiliş qrupu tərəfindən çəkilmiş və montaj edilmişdir. Qeyd edim ki, dəyəri milyon dollar civarında olan həmin avadanlıqlardan Azəbaycanda yalnız bir neçə TV-də var.

İndi sual olunur, Jamal Ali də həmin klip üçün ev ya maşınını satmışdı? Əlbəttə ki, yox. Gəldilər, çəkdilər və getdilər.

İnanmıram ki, Eminin “nəyiniz varsa satın” çağırışından sonra kimsə nəinki maşının, hətta mobil telefonunun belə satsın. Hər kəs pulların hansı həcmdə və haradan gəldiyini bilir. Ev satma məsələsi isə şouya rəng qatmaq, bir az daha dramatikləşdirmək üçün düşünülüb.

Emin fədakar obrazı yaratmaq istəyir, amma bunu çox uğursuz formada edir.

Millyonlarla insan bizim dediyimizə baxa biləcək!

Biz Azərbaycanda İnternet istifadəçilərinin sayının ümumi əhalinin 65 %-i olduğunu deyəndə, əks tərəf elə Emin də onların sırasında olmaqla bu rəqəmi 10-15 % olduğunu iddi edirdi. İndi biz soruşuruq, əgər Eminin dediyinə görə Azərbaycanda bir milyondan bir az artıq insan İnternet istifadəçisidirsə, o zaman bu milyonlar kimlərdir?

Nə üçün Eminə və onun həmfikirlərinə sərf etdikdə hansısa rəqəmlər artırılıq, sərf etməyəndə isə həmin rəqəmlər azaldılır?

Gördüyümüz kimi, saxtakarlıqdan ən çox danışanların elə özləri rəqəmlərin saxtalaşdırılması ilə məşğul olurlar.

… qeyrətli Azərbaycanlılar axtarıram. Azərbaycanda bu il hakimiyyəti dəyişmək istəyən və mənə inanan insanlar axtarıram.

qeyrət məsələsinin üzərində dayanmayacağam. Heç bir sağlam məntiqə sahib və özünə hörmət qoyan şəxs məsələyə bu prizmadan yanaşmaz. Bura tin deyil, məhlə deyil ki, nəyisə söyüş qoymaqla həll edəsən.

Daha böyük maraq doğuran “bu il hakimiyyəti dəyişmək istəyən və mənə inanan insanlar axtarıram”.

Aydındır ki, Eminin niyyəti klassik müxalifəti sıradan çıxarmaqla özünə rəqibsiz mühit yaratmaqdır.

Bunun üçün ilk addım olaraq müxalifətin “müqəddəs”lərinin xarizması cızıldı.

Emin öz yazılarında Elçibəyi yumşaq desək “sınmış” adlandırdı, İsa Qəmbərə uzun illərdir tabu kimi qəbul edilmiş “Camaat meydanda olanda sən haradaydın?” sualını ünvanladı. Xədicənin köməyi ilə hər iki məsələ müxalifət cəbhəsinin gündəminə gətirildi və bir neçə gün müzakirə olundu.

Bununla Emin AXCP və Müsavat üvlərinin nifrətini, “müxalifət qocalıb” deyən narazı kütlənin isə simpatiyasını qazanmış oldu və mən əminəm ki, vaxt gələndə klassik müxalifət liderlərini yıxıb-sürüyənin birincisi elə Emin Milli olacaq.

Bu səbəbdən biz Eminin yazılarında “mən… mən… mən…” ifadələrini çox eşidirik. Bu ittifaq bir növ məcburi evliliyə bənzəyir. Aydın məsələdir ki, İsa Qəmbər üçün Azadlıq Radiosunun efirində Eminin sərt suallarını eşitmək və buna baxmayaraq onu tərifləmək xoş olsun, eyni zamanda Bəxtiyar üçün də Eminin kölgəsində dolanaraq, ikinci plan oyunçusu olmaq xoş deyil.

Amma nə etməli? Batmamaq üçün biri-birilərinə tutunmaları lazımdır, amma Emin hər zamandı kimi ən üstdə və ən birinci olmaq istəyir.

Satqınlar, bitərəflər, bişərəflər bu il öz cəzalarını alacaqlar!

Bəzən fikir yaranır ki, ötən əsrin əvvəllərində Facebook olsaydı, Mussolini də oxşar formada statuslar yazardı: aşırı emosional, nifrətlə dolu.

Bəs Emində bu qədər dözümsüzlük, nifrət haradandır?

Satqın və bişərəfi keç, bitərəflər bu il cəzalarını alacaqlar nə deməkdir?

Sənə o qədər invest ediblər, oxudublar, konfransa-foruma göndəriblər, intervyu aldırıblar, məqalələrini dərc etdiriblər. Əllərindən gələni ediblər ki, “azad”, “demokrat” insan imici yaratsınlar.

Onun qarşılığında sənin işlətdiyin ifadəyə bax.

Sən kimsən ki, bitərəfi cəzalandırasan?

Sən kimsən ki, başqasını səninlə razılaşmağa məcbur edəsən?

Sən kimsən ki, başqasını sənin kimi düşünmədiyinə görə təhdid edəsən?

Bu fikirlər göstərir ki, elə Emin Milli özü feodal dövrün qaydaları ilə yaşayır, həmin qaydalar onun “drive” edir.

Bu məntiqlə, bu yanaşmayla, bu düşüncə səviyyəsi ilə Emin Milli hansı irəliləyişdən, yenilikdən, haqqdan danışır?

Millətin ən ləyaqətli və savadlı oğulları bizimlədir! Tarixi biz yazırıq, çünki haqq bizim tərəfdədir! Mən haqq tərəfdə olan hər birinizlə qurur duyuram!

Növbəti bullshit.

İnsanları səninlə həmfikir olduqlarına görə ən yaxşı kimi təqdim etmək, digərlərini isə tör-töküntü kimi qələmə vermək necə dəhşətlidir və Emin bunu necə asanlıqla edir! Xahiş edirik, o ləyaqət və savadı ölçən cihaz barədə məlumat verin biz də öz hesablamamızı aparaq. Görək ləyaqətli və savadlılar haradadır.

Vaxt var idi bu qədər pafosu yalnız ÇK KPSS iclaslarında eşitmək olardı. Sağ olsunlar, Facebook-a da gətirdilər. Yazsınlar, heç kəsin yazmaq hüququ əlindən alınmayıb. Amma yazanda yaddan çıxarmasınlar ki,Siz tarix yazmırsınız, axınla üzürsünüz!

OXŞAR XƏBƏRLƏR