Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan seçki prosesi ilə bağlı sosial media hesabında paylaşım edib.
AZXEBER.COM xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan paylaşımında övladlarımızın gələcəyi üçün sandıq başına gedən millətimizin qərarı nəticəsində qazananın Türkiyə olduğunu vurğulayıb:
"Türkiyə yüzili qalib oldu. Bir olduq, birləşdik, böyük və qüdrətli bir Türkiyə üçün çox çalışdıq. Uğurlarımıza yenilərini əlavə etməklə Türkiyəni çiyin-çiyinə quracağıq. Güvən, sabitlik, xidmət deməklə bu yolda qəlbini qoyan sevimli xalqımıza ürəkdən təşəkkürümüzü bildiririk. Bu qürur və uğur bizimdir. Arzuların reallaşması və hər sahədə lider ölkə olması üçün dayanmaq yox, yola davam”, - Ə.Ərdoğan qeyd edib.
Şəbnəm Zahir