Çempionlar Liqası: Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq

Çempionlar Liqası: Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq
İDMAN
09:49 13.03.2024
149
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gecə baş tutacaq 2 matçla yekun vurulacaq.

AZXEBER COM xəbər verir ki, "Atletiko Madrid" 1:0 hesabı ilə uduzduğu ilk oyunun revanşında "İnter"i qəbul edəcək. İki komandanın qarşılaşması saat 00:00-da start götürəcək.

Digər oyunda Dortmund "Borussiya”sı doğma meydanda PSV "Eyndhoven"i qəbul edəcək.

"Signal İduna Park" stadionunda oynanılacaq qarşılaşma saat 00.00-da başlayacaq.

İki komanda arasında Hollandiyada keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatıb.
OXŞAR XƏBƏRLƏR