Çempionlar Liqası həyəcanı başlayır

İDMAN
09:00 08.03.2016
1711

Bu gün Çempionlar Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək.

AZXEBER.COM xəbər verir ki, bu gün keçiriləcək qarşılaşmalar ilə növbəti mərhələnin 2 komandası müəyyənləşəcək. "Real-Madrid" klubu "Roma"nı sınağa çəkəcək. Bundan öncəki qarşılaşmada "Real" 2:0 hesabı ilə qalib gəlmişdi.Digər qarşılaşma isə Almaniyada olacaq. Burada "Volfsburq" Belçika "Gent"ini qəbul edəcək. Səfərdə rəqibinə 3:2 hesabı ilə qalib gələn alman klubu 1/4 finala çıxmağa daha şanslıdır.Çempionlar Liqası, 1/8 finalın cavab oyunları:23:45. "Real" (Madrid, İspaniya) - "Roma" (İtaliya)23:45. "Volfsburq" (Almaniya) - "Gent" (Belçika)

OXŞAR XƏBƏRLƏR