Çempionlar Liqası: ''Qalatasaray'' ilk xalını qazandı - NƏTİCƏLƏR

İDMAN
07:57 24.10.2012
1257
Çempionlar Liqasında üçüncü turun oyunları keçirilib. 
AZXEBER.COM-un məlumatına görə, Türkiyənin “Qalatasaray” klubu öz meydanında Rumıniyanın “Kluj” komandasını qəbul edib.Qarşılaşmada hesab 19-cu dəqiqədə açılıb. “Qalatasaray”ın oyunçusu Dani topu öz qapısından keçirib. 28-ci dəqiqədə hakim “Kluj”un futbolçusuna qırmızı kart göstərib və qonaqlar azlıqda qalıblar. 35-ci dəqiqədə “Qalatasaray” hesabı bərabərləşdirmək üçün əla imkan əldə edib. Lakin Melo penaltidən yararlana bilməyib. İlk hissə “Kluj”un üstünlüyü ilə bitib.İkinci hissədə “Qalatasaray” çoxsaylı hücumlar təşkil etsə də, istəyinə 77-ci dəqədə çatıb. İstanbul klubunun bərabərlik qolunu Burak Yılmaz vurub.Qeyd edək ki, oyun leysan altında keçirilib. Oyuna təxminən üç saat qalmış başlayan güclü yağış nəticəsində meydanda topun hərəkəti çətinləşib.Günün bütün qarşılaşmalarının nəticələri“G” qrupuSpartak - Benfika 2:1Barselona - Seltik 2:1“E” qrupu“Nordşelland” - Yuventus 1:1Şaxtyor-Çelsi 2:1“F” qrupuLill-Bavariya 0:1Bate-Valensiya 0:3“H” qrupuQalatasaray-ÇFR 1:1Mançester Yunayted-Baraqa 3:2

OXŞAR XƏBƏRLƏR