"Qarabağ" Bakıda Polşa "Lex"inə qarşı keçirdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 5-ci qolu rəqibin qapısından keçirib.
78-ci dəqiqədə ikinci hissədə meydana daxil olan Abbas Hüseynov fərqlənib.
"Qarabağ" Bakıda Polşa "Lex"inə qarşı keçirdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 4-cü qolu vurub.
Kadi Borges 74-cü dəqiqədə dubl edib - 4:1.
21:14
Bakıda "Qarabağ" və Polşanın "Lex" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 4-cü qol vurulub.
Ağdam təmsilçisindən Kevin Medina 3-cü topu qonaqların qapısından keçirib - 3:1.
21:02
Bakıda "Qarabağ" və Polşanın "Lex" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 2-ci hissə başlayıb.
İlk yarıdan sonra "köhlən atlar" hesabda öndədir - 2:1.
Ağdam təmsilçisindən qolları 14-cü dəqiqədə Kadi Borges və 42-ci dəqiqədə Filip Ozobiç vurublar.
20:46
Bakıda "Qarabağ" və Polşanın "Lex" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.
"köhlən atlar" fasiləyə 2:1 hesabı ilə üstün yollanıb.
20:41
"Qarabağ" Bakıda Polşa "Lex"inə qarşı keçirdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesabda önə çıxıb.
42-ci dəqiqədə Filip Ozobiç 2-ci topu qonaqların qapısından keçirib - 2:1.
20:23
Bakıda "Qarabağ" və Polşanın "Lex" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.
"Köhlən atlar"dan Kadi Borges 14-cü dəqiqədə hesabı bərabərləşdirib.
20:01
Bakıda "Qarabağ" və Polşanın "Lex" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda erkən qol vurulub.
Qonaqlar 20-ci saniyədə hesabı açıblar. Poznan təmsilçisindən Kristoffer Velde fərqlənib.
19:59
Bakıda "Qarabağ" və Polşanın "Lex" komandası arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu başlayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da başlayıb. Görüşü ingiltərəli FIFA referisi Endryu Medli idarə edir.
Qeyd edək ki, Polşadakı ilk matçda "köhlən atlar" rəqibinə minimal hesabla uduzub - 0:1.