Çempionlar Liqası: "Qarabağ"ın Liqa mərhələsindəki bütün rəqibləri müəyyənləşib

Çempionlar Liqası: "Qarabağ"ın Liqa mərhələsindəki bütün rəqibləri müəyyənləşib
İDMAN
21:15 28.08.2025
287
"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacağı bütün rəqiblər bəlli olub.

AZXEBER.COM xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan çempionu "Liverpul" (İngiltərə), "Benfika" (Portuqaliya), "Napoli" (İtaliya) və "Atletik"lə (İspaniya) səfərdə, "Çelsi" (İngiltərə), "Ayntraxt" (Almaniya), "Ayaks" (Niderland) və "Kopenhagen"lə (Danimarka) evdə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunun oyunları sentyabrın 16-18-də keçiriləcək. Son turun görüşləri 2026-cı il yanvarın 28-də baş tutacaq. 

Pley-off mərhələsinə fevralın 17-18-də start veriləcək. UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün qalibi mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq final matçından sonra müəyyənləşəcək.
OXŞAR XƏBƏRLƏR